AZ

"Titanik"in qalıqları arasından heykəl tapıldı - FOTOLAR

Robot sualtı qayıqlar \"Titanik”in dağıntıları arasında müəmmalı heykəl aşkar ediblər.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, yeni görüntülər 112 illik gəminin son vəziyyətini ortaya qoyub. 

Əldə edilən görüntülər dağıntıların bir əsrdən çox müddət ərzində dəniz dibində necə dəyişdiyini və çürüdüyünü göstərir.
 
1986-cı ildə Titanikin qalıqlarını kəşf edən Robert Ballardın gördüyü \"Diana of Versal\" adlı bürünc heykəl illər sonra yenidən kəşf edilib.

Titanik üzrə mütəxəssis Ceyms Penca heykəlin əhəmiyyətini vurğulayaraq, \"Bu, ot tayasında iynə tapmaq kimidir\" deyə qeyd edib.
 
Aysel

 

 

 

 

 

 

 

 



Seçilən
76
1
azxeber.com

2Mənbələr