AZ

Onların “Qapı”sından ilk görüntü!

Aktyor Vüsal Əhmədzadənin rejissor kürsüsündə əyləşdiyi “Qapı” filmindən ilk tizer paylaşılıb.

OLAY yazır ki, iddialı komandası ilə diqqət çəkən layihədən treyler V. Əhmədzadənin səhifəsində yayımlayıb.

“Siz bu gün görməməli olduğunuz şeyi gördünüz... Davamı tezliklə kinoteatrlarda”, - deyə, V, Əhmədzadə vurğulayıb.

Qeyd edək ki, ekran işində rolları Əməkdar artistlər Sənubər İsgəndərli, Rafael İsgəndərov, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Nurlan Rüstəmov, Emil Musayev, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Kəmalə Onur və Kəmalə Piriyeva canlandırır.

Filmin baş prodüseri və rejissoru Vüsal Əhmədzadə, təsvir rejissoru Orxan Məmmədov, prodüseri İbrahim Heydərovdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
olay.az

2Mənbələr