AZ

Aİ-dən Azərbaycandakı parlament seçkilərinə münasibət

Avropa İttifaqı (Aİ) Azərbaycanda son parlament seçkilərinin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə baş tutduğunu bəyan edib. 

Təşkilat qAzərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələrini yerinə yetirməyə çağırıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası ötən gün yaydığı ilkin bəyanatında sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini qeyd edib.

Beynəlxalq müşahidəçilər, həmçinin, seçkilərin seçicilərə həqiqi siyasi alternativlər təklif etmədiyini, səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə keçirildiyini vurğulayıb.

İlkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.

Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano sentyabrın 3-də yaydığı bəyanatında səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.

"Avropa İttifaqı Azərbaycan hakimiyyətini ATƏT/DTİHB-nin bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini yerinə yetirməyə çağırır. Aİ bu prosesə yardım etməyə hazırdır”, - Peter Stano qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
arqument.az

10Mənbələr