AZ

Bir milyon manatdan çox dələduzluqla bağlı məhkəmədə bəraət alan şəxslə bağlı protest verilib

Prokuror bir milyondan çox dələduzluqda təqsirləndirilən və bəraət alan şəxslə bağlı hökmdən protest verib.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 1 milyon 200 min manat dələduzluqda ittiham olunan Azər İsmayılovun məhkəməsi keçirilib.

İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.

İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.

Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.

Seçilən
73
15
aznews.az

10Mənbələr