AZ

Zelenski hökuməti yeniləyir- Nazirlərin yarıdan çoxu dəyişəcək

Ukrayna prezidenti Vladimir Zelenski ölkə hökumətinin genişmiqyaslı yenilənməsinə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri Davil Araxamiya bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetində böyük yenilənmə olacaq.

“Nazirlər Kabinetinin heyətinin 50 faizindən çoxu dəyişəcək. Sentyabrın 4-də Ukrayna rəsmilərini işdən çıxarılma, 5-i isə təyin olunma günü gözləyir”, – Araxamia Telegram kanalında yazıb.

Son bir neçə gündə 6 nazir artıq istefa ərizəsi yazıb: xarici işlər naziri Dmitri Kuleba, strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və baş nazirin Avropaya inteqrasiyası üzrə müavini Olqa Stefanya.

Bundan başqa, Zelenskinin sərəncamı ilə Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma vəzifəsindən azad edilib. Dövlət əmlak fondunun rəhbəri Vitali Koval və “Ukrenerqo”nun rəhbəri Vladimir Kudritski də öz vəzifələrini tərk ediblər.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
azpost.info

8Mənbələr