AZ

“Azpetrol LTD”ni nə qədər cərimə gözləyir?

“Azpetrol LTD” yanacaqdoldurma məntəqəsi gömrük qaydalarını pozduğuna görə cərimələnəcək.

Tribunainfo.az xəbər verir ki, “Azpetrol” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Azpetrol”la bağlı iş baxılması üçün Səbail Rayon Məhkməsinə göndərilib. 9 sentyabr tarixində hakim Azər Tağıyevin sədrliyi ilə işə baxılacaq.
Nigar

Seçilən
121
tribunainfo.az

1Mənbələr