AZ

Rusiyada avtomobil satışları 10 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada avtomobil satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artıb.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Rusiyada yerləşən Avropa Müəssisələri Assosiasiyası (AEB) bu ilin 8 ayında avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artdığını açıqlayıb.

Açıqlamada avqust ayında avtomobil satışlarının ötən ilin eyni dövrünə görə 34 faiz artaraq 155 min 277 ədədə çatdığı qeyd olunub. Bildirilib ki, bu, ötən 10 ilin ən yüksək səviyyəsidir.

AEB ilə əlaqəli Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev cari tendensiyanın sentyabrda da davam edəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, 2022-ci ilin fevral ayına qədər Rusiyada bazar lideri olan Qərb avtomobil şirkətləri Ukraynada müharibənin başlaması ilə ölkədən çəkildiklərini açıqlamışdılar. Rusiyada dayanma həddinə çatan avtomobil satışları 2023-cü ildə, xüsusən də Çin şirkətlərinin ölkəyə ixracatını artırması ilə bərpa prosesinə qədəm qoyub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
142
1
banco.az

2Mənbələr