AZ

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

Kiberfiziki

Bakı, 4 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqi” (“Application of artificial intelligence technologies in security of cyber-physical systems” DOI: 10.5121/ijcsit.2024.16404 37) adlı məqalə nüfuzlu “International Journal of Computer Science & Information Technology” (IJCSIT) jurnalında dərc olunub.

Məqalənin müəllifləri institutun icraçı direktoru dosent Rəşid Ələkbərov və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovdur.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Məqalədə son dövrlərdə texnologiyanın və rəqəmsallaşmanın inkişafı ilə əlaqədar olaraq kiberfiziki sistemlərin kibertəhlükəsizlik məsələlərinin daha çox əhəmiyyət kəsb etməsi, həmçinin bu sistemlərdə kiberhücumçuların istifadə edə biləcəyi yeni boşluqların yaranmasından bəhs olunub.

Tədqiqat işində kiberfiziki sistemin konseptual modeli və süni intellektdən kiberhücumları aşkar etmək, onların qarşısını almaq, böyük verilənləri təhlil və emal etmək, girişə nəzarət və autentifikasiya, təhlükəsizlik təhdidlərini proqnozlaşdırmaq, eləcə də qarşısını almaq üçün istifadə edilməsi təklif edilib.

IJCSIT jurnalı “IET Inspec“, “Google Scholar”, “Scilit”, “Open J-Gate”, “EBSCO Publishing” və digər beynəlxalq elmi bazalarda indeksləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
azertag.az

1Mənbələr