AZ

Braziliya prezidenti: "Dünya İlon Maskun nazı ilə oynamaq məcburiyyətində deyil"

"X-ın sahibi İlon Mask zəngin olduğu üçün dünyan onun ifrat sağçı baxışlarına dözmək, onun nazı ilə oynamaq məcburiyyətində deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Braziliya prezidenti Luis İnasio Lula deyib.

"CNN Brazil" televiziyasına danışan Lula da Silva bildirib ki, ölkəsində bu sosial media platformasının qadağan olunması tamamilə doğru qərardır: "Braziliya məhkəmə sistemi X-ə girişi qadağan edən qərarla mühüm mesaj verdi. Bəli, dünya Maska dözmək məcburiyyətində deyil".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
86
mia.az

1Mənbələr