AZ

Paraatıcılarımız Paris-2024-də finala yüksələ bilməyiblər

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyiblər.

Milli üzvləri SH1 kateqoriyasında 50 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparıblar.

Zeynalov 529 xalla 14-cü, A.Babayeva isə 507 xalla 26-cı olub.

Qeyd edək ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Seçilən
88
10
cbcsport.az

10Mənbələr