AZ

Kobaxidzedən şok: Müxalifət ölkəni darmadağına hazırlaşır

Gürcüstanda radikal müxalifətçilər oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən əvvəl və sonra iğtişaşlar törətmək üçün təxribatlar hazırlayırlar.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bizdə məlumat var ki, radikal müxalifət sosial narazılığa səbəb ola biləcək belə bir ssenarinin hazırlanmasını fəal şəkildə nəzərdən keçirir. Biz hər kəsə ciddi xəbərdarlıq edirik ki, Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq. Müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və buna görə də seçkilərdən sonra iğtişaşlara hazırlaşır. Tamamilə aydındır ki, onlar növbəti dəfə seçkinin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücuma keçəcəklər, ölkəni darmadağın etməyə çalışacaqlar ki, bu da onların hesablamalarına görə, hakimiyyət dəyişikliyinə gətirib çıxarmalıdır”, - Kobaxidze bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
axar.az

2Mənbələr