AZ

Michael Owen: Ronaldo məşqçi olsa…

“Mançester Yunayted” və “Real Madrid”in sabiq futbolçusu, britaniyalı futbol şərhçisi Maykl Ouen ümid etdiyini bildirib ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının 39 yaşlı hücumçusu Kriştiano Ronaldonun da karyerasını bitirdikdən sonra məşqçilik karyerası olacağını bildirib.

“Ronaldoya yan tərəfdən baxanda elə təəssürat yaranır ki, o, Avro-2016-da olduğu kimi Portuqaliya millisinə rəhbərlik etmək istəyir.

Ronaldo məşqçilik etmək istəyən insan təsiri bağışlayır. Ola bilsin ki, o da o yolu seçsin. Ronaldo məşqçi olarsa, “Mançester Yunayted” və “Real” ona diqqət yetirəcək”, – Maykl Ouen “TVSporten”ə istinadən xəbər verir.

Ronaldo bir neçə dəfə bildirib ki, indi məşqçilik karyerasına başlamaq arzusu yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
veteninfo.az

1Mənbələr