AZ

Paraatıcılarımız finala yüksələ bilmədilər - Paralimpiya Oyunları

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyiblər.

Prosport.Az xəbər verir ki, milli üzvləri SH1 kateqoriyasında 50 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparıblar.

K.Zeynalov 529 xalla 14-cü, A.Babayeva isə 507 xalla 26-cı olub.

Qeyd edək ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Seçilən
81
10
prosport.az

10Mənbələr