AZ

"Bakı xəbər” 21 yaşında-TƏBRİKLƏR

"Bakı xəbər" qəzetinin yarandığı günüdür. 

2003-cü il 4 sentyabrda qəzetin ilk sayı işıq üzü görüb. 

Bu qəzet nəşr olunduğu gündən indiyə qədər ölkənin ictimai-siyasi həyatında xüsusi rol oynadı, marifləndirdi, məlumatlandırdı və dövlətçilik ənənlərinə daim sadiq oldu. "Bakı xəbər" qəzeti hazırda ölkənin ən aparıcı media vasitələrindən biridir. 

"Bakı xəbər"in fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə uyğun əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri, aparılan çoxşaxəli uğurlu siyasət qəzetdə dolğun şəkildə əks etdirilir.

"Bakı-Xəbər" məktəbindən neçə-neçə həmkarlarımız böyük həyat təcrübəsi qazanıb. Aydın Quliyev və onun ətrafında cəmləşən jürnalistlər bu qəzetin yaranma və yaşma tarixində böyük xidmətlər göstəriblər. 

Aydın Quliyevin zəngin təcrübəsi sayəsində "Bakı-Xəbər" qəzeti 21 il ərzində böyük oxucu auditoriyasına sahib oldu. İnsanların stolüstü qəzetinə çevrildi.

"Bakı xəbər"qəzetinin baş redaktoru Aydın Quliyev başda olmaqla bütün kollektivini ürəkdən təbrik edirəm. 

Qələminiz iti, ürəyiniz mərhəmətli olsun!


Subut Mehdiyev,

Azia.az bloqunun rəhbəri


Seçilən
152
1
azia.az

2Mənbələr