AZ

FPÖ Vyanada ordu istəyir

FPÖ Vyana lideri Dominik Nepp şəhərdə təhlükəsizliyi təmin etmək üçün ordudan dəstək istəyib.

 

FPÖ Vyana lideri Dominik Nepp ORF-yə müsahibəsində Vyanada təhlükəsizlik problemlərinin artdığını bildirib və şəhərin bəzi yerlərində asayişi qorumaq üçün ordunun yerləşdirilməsinə çağırıb. Nepp xarici qruplar arasında artan zorakılığa diqqət çəkərək, bu vəziyyətə görə Vyana meri Michael Ludvigi günahlandırıb.

 

Nepp, Floridsdorfdakı Reumannplatz, Handelskay, Praterstern, Am Spitz və U6 metro xətti kimi əraziləri patrul etmək üçün 100 əsgər təklif etdi. O, əsgərlərin bu ərazilərdə silahlı qarşıdurmaların və bıçaqlanmaların qarşısını ala biləcəyini müdafiə edib.

Seçilən
30
sam.az

1Mənbələr