AZ

Gürcüstan yanlış yoldadır - ABŞ-dən növbəti xəbərdarlıq

Gürcüstan hökuməti ölkəni Avroalantik məkandan uzaqlaşdıran çox narahatedici istiqamətdə irəliləməkdə davam edir.

Bakupost.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, ABŞ və Gürcüstan arasında münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi prosesi davam edir.

“Gürcüstan hökuməti çox narahatedici istiqamətdə irəliləyir - gürcü xalqının istəyinin əksinə olaraq Avro-Atlantik trayektoriyadan uzaqlaşır. Biz bu qanunvericiliyin könüllü qeydiyyatdan keçməmiş təşkilatlara, o cümlədən tənqidşi vətəndaş cəmiyyəti təşkilatlarına və müstəqil mediaya tətbiqindən narahatıq.

Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, iki ölkə arasında münasibətlərə hərtərəfli baxış aparılır və bu prosesin tərkib hissəsi kimi ABŞ artıq müəyyən tədbirlər görüb. Biz onlarla insana və onların ailə üzvlərinə, o cümlədən “Gürcü Arzusu” Partiyasının üzvlərinə, parlamentarilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə viza məhdudiyyəti tətbiq etmişik. Biz Gürcüstan hökumətinin birbaşa xeyrinə olan 95 milyon dollar yardımı dayandırdıq. Baxış prosesinin ikinci hissəsi hazırda davam edir, lakin mən növbəti addımlar barədə danışmaq fikrində deyiləm”, - Miller bildirib.

Zaur
BakuPost
Seçilən
131
2
bakupost.az

3Mənbələr