AZ

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı kritik açıqlama

Ermənistan gələcəkdə Azərbaycanla nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl mühafizə şirkətlərinə (ÖMŞ) həvalə etməyi nəzərdən keçirir.

Olaylar.az bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bəyan edib.

"Bəli, bu mümkündür, amma hazırda əlavə məlumat yoxdur", - deyə o bildirib və əlavə edib ki, bu halda ÖMŞ-lər həm də Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların mühafizəsini təmin etməlidir. O, həmçinin sərhəddə erməni sərhədçiləri və gömrük əməkdaşlarının da olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
87
olaylar.az

1Mənbələr