Gürcüstan hökuməti ölkəni Avro-Atlantik trayektoriyadan uzaqlaşdıran olduqca narahatedici istiqamətdə irəliləməkdə davam edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
Onun sözlərinə görə, ABŞ və Gürcüstan arasında münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi prosesi davam edir.
“Gürcüstan hökuməti çox narahatedici istiqamətdə irəliləməkdə davam edir. Bu, ölkəni Avro-Atlantik trayektoriyadan uzaqlaşdıran bir istiqamətdir. Biz yeni qanunun (xaricdən maliyyələşən qurumlara xarici agent statusunu verilməsi) ölkədə müxalif qurumlara və müstəqil mediaya qarşı tətbiq olunmasından narhatlıq keçiririk”,-deyə ABŞ rəsmisi bildirib.
Metyu Miller dövlət katibi Antoni Blinkenin artıq bununla bağlı hərəkətə keçdiyini vurğulayıb. Belə ki, iki ölkə arasında münasibətlər artıq tamamilə gözdən keçirilir və bu prosesin tərkib hissəsi kimi ABŞ artıq müəyyən tədbirlər görüb. ABŞ hakim “Gürcü arzusu” partiiyasının rəhbərliyinə qarşı müəyyən məhdudlaşdırıcı tədbirlərə başlayıb.
“Biz Gürcüstan hökumətinə verilməli olan 95 milyon dollar yardımı dayandırdıq. İndi prosesin ikinci mərhələsi başlayıb, lakin mən növbəti addımlar barədə danışmaq fikrində deyiləm”, - deyə Miller bildirib.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta