AZ

Elton Con infeksiyadan sonra görmə qabiliyyətini qismən itirdi

Britaniyalı musiqiçi Elton Con göz infeksiyası keçirdikdən sonra görmə qabiliyyətinin pisləşdiyini bildirib. Onun sözlərinə görə, o, indi qismən kordur və zədələnmiş gözün bərpası "bir qədər vaxt aparacaq”.

Qaynarinfo xəbər verir ki, bu barədə o, Instagram sosial şəbəkəsində yazıb.

"Yayda mən ağır göz infeksiyası ilə mübarizə apardım, bundan sonra təəssüf ki, yalnız bir gözlə görə bilirəm", - Con bildirib.

Müğənni infeksiyadan sağalma prosesini "son dərəcə ləng” adlandırıb. O, son bir neçə həftə ərzində onu müalicə edən həkimlərə və tibb bacılarına təşəkkür edib. Elton Con müalicəsinin nəticələrini "nikbin” kimi qiymətləndirir. Hazırda ev şəraitində müalicəsini yekunlaşdırır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
qaynarinfo.az

1Mənbələr