AZ

Lvovda Rusiyanın hücumu nəticəsində ana üç qızı ilə həlak oldu

Çərşənbə günü, sentyabrın 4-də Rusiyanın kütləvi hücumu zamanı Lvovda demək olar ki, bütün Bazileviç ailəsi - ana və üç qızı həlak olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovoy məlumat yayıb.

O, ailənin fotosunu dərc edib, şəkildəkilərdən yalnız ata Yaroslav sağ qalıb. Onun həyat yoldaşı Yevgeniya və qızları Yarina, Darina və Emiliya öz evlərində həlak olublar.

Sadovoyun bildirdiyinə görə, 21 yaşlı Yarina Bazileviç "Lvov - 2025-ci il Avropanın gənclər paytaxtı” ofisində işləyib.

"Avropanın mərkəzində Rusiya ukraynalıları ailəlikcə məhv edir. Rusiyalılar uşaqlarımızı, gələcəyimizi öldürürlər”, - Sadovoy yazıb.

Rəsmilərin son məlumatlarına görə, ümumilikdə, Lvovda üç uşaq daxil olmaqla yeddi ölü və 47 yaralı var. Şəhərin tarixi mərkəzi hissəsində 50-yə yaxın evə, eləcə də tibb ocaqlarına, məktəblərə və digər tikililərə ziyan dəyib. Xilasetmə əməliyyatları davam edir, dağıntılar altında insanlar axtarılır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
qaynarinfo.az

2Mənbələr