"Biz Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs və girovlarla bağlı qəbul etdiyimiz qətnamənin icrasını üç ay gözləmişik..."
BMT Təhlükəsizlik Şurasının 15 üzvünün səbri artıq tükənmək üzrədir.
Moderator.az xəbər verir ki, bu barədə sentyabr ayında bu orqana rəhbərlik edəcək Sloveniyanın xüsusi nümayəndəsi Semyuel Zboqar bəyan edib. Məlumatı "Reuters" informasiya agentliyi yayıb.
Onun sözlərinə görə, əgər yaxın zamanlarda Qəzza bölgəsində atəşkəsə nail olmaq mümkün olmayazsa, Təhlükəsizlik Şurasının üzvləri daha qətiyyətli tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdən keçirəcək.
"Təhlükəsizlik Şurasında bizim bu və ya digər tərəfə hərəkət etməyimiz-ya atəşkəs, ya da buna nail olmaq üçün daha nələri edə biləcəyimizlə bağlı həyəcan artmaqdadır", - agentlik Zboqardan iqtibas gətirib.
"Mən bunun bu və ya digər dərəcədə sentyabrda baş verəcəyinə, demək olar ki, əminəm. Ona görə yox ki, biz bunu istəyirik, ona görə ki, məncə, səbrimiz tükənib", - o, jurnalistlərə deyib.
BMT Təhlükəsizlik Şurasının iyun ayında qəbul etdiyi 2735 saylı qətnaməsində ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı üç mərhələdən ibarət rəklif etdiyi plana dəstək verib. Lakin Zboqar deyir ki, Təhlükəsizlik Şurası bu qətnaməni ləğv edib başqa yol axtara bilər, bunun üçün "Şuranın sərəncamında bir çox vasitələr var".
"Amma ilk olaraq düşünürəm ki, istiqaməti müəyyən etmək lazımdır, biz 2735 saylı qətnamədən daha irəliyə getməliyik, çünki son üç ayda Şura bu qətnamənin icrasını gözləyib", - o, qeyd edib.
Yeri gəlmişkən, bu gün BMT Təhlükəsizlik Şurası 7 oktyabr qətliamından sonra HƏMAS tərəfindən oğurlanan israilli vətəndaşlar barədə məsələyə həsr edilən ilk rəsmi iclasını keçirəcək.