AZ

Polad Bülbüloğlu: "Zatulinin təxribatına qarşı hələ də təsirli tədbir görülməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlət Dumasının MDB komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə əlaqədar Dumanın sədri Vyaçeslav Volodinə məktub göndərib.
APA xəbər verir ki, səfir Duma sədrinə müraciətində Zatulinin hərəkətinin ilk belə hal olmamasını və bunun narahatlıq doğurduğunu bildirib. Qeyd edib ki, Zatulin dəfələrlə Azərbaycanın dövlətçiliyinin və xalqının əleyhinə bəyanatlar verib.
"Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiya Federasiyasının rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, K.Zatulinin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribat fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarını təşvişə salır və iki ölkənin parlamentlərarası əməkdaşlığına mənfi təsir göstərir. Bununla əlaqədar, sizdən, hörmətli Vyaçeslav Viktoroviç, Rusiya Federasiyasının rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmanızı və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi təkidlə xahiş edirəm", - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Dumanın MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Münasibətlərlə iş üzrə komitəsinin sədr müavini, qatı ermənipərəst deputat Konstantin Zatulin sentyabrın 2-də ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə darmadağın edilən qondarma DQR-in "Müstəqillik Günü" münasibətilə erməni xalqını "təbrik" edən videomüraciət yayıb.
Seçilən
57
50
oxu.az

10Mənbələr