Son aylar Azərbaycanda boşanmaların sayı artmaqda davam edir.
Boşanan cütlüklərdə uşaq kimə verilməlidir?
Bu barədə qanunvericilikdə vəziyyət necədir?
Ümumiyyətlə, uşağın anada, yoxsa atada qalması daha məqsədəuyğundur?
Hüquqşunas Hüseyn Axundov Hit.az-a deyib ki, Azərbaycan ailələrinin əksəriyyətində boşanmalar dava-dalaşla, qalmaqalla müşahidə olunur. Nəticədə tərəflər düşmənə çevrilir, sözün təkcə məcazi deyil, həm də həqiqi mənasında bir-birinə güllə atırlar. Biz boşanmaların qətllərə səbəb olduğunun dəfələrlə şahidi olmuşuq:
“Uşaqların mütləq anada, yaxud atada qalması ikə bağlı hökm vermək düzgün deyil. İstər yerli, istərsə də beynəlxalq qanunvericiliyə əsasən azyaşlı uşaq bioloji cəhətdən anaya daha çox bağlıdır deyə, ananın yanında qalması daha məqsədə müvafiqdir. Xəyanət faktoru uşağın anadan alınması üçün əsas deyil. Azərbaycan məhkəmələri adətən xəyanət halında uşağı anadan ayırmır. 10 yaşından uşaqda isə onun kimə verilməsi öz fikri əsasında müəyyən edilir”.
Sevinc