AZ

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı kritik açıqlama

Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanlarını araşdırır.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

"Bəli, bu ehtimal nəzərdən keçirilir, lakin hazırda əlavə məlumat yoxdur”, - o bildirib.

Səfəryan qeyd edib ki, özəl mühafizə şirkətləri cəlb olunarsa, onlar bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ərazisindən keçən hissələrin mühafizəsinə cavabdeh olacaq.

O həmçinin bildirib ki, Ermənistan sərhədçiləri və gömrükçüləri sərhəddə öz vəzifələrini yerinə yetirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
ulusum.az

1Mənbələr