AZ

Bu ölkədə 180-dən çox ictimai kitabxana bağlandı

2016-cı ildən bəri İngiltərədə 180 ictimai kitabxana bağlanıb və ya başqa qurumlara verilib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, həmçinin son səkkiz ildə təxminən 950 kitabxana iş vaxtını azaldıb və 2000 nəfər işdən azad edilib. Araşdırmalara görə, bağlanan kitabxanaların əhəmiyyətli bir hissəsi ölkənin yoxsul sayılan bölgələrindədir. Bağlanan kitabxanaların yalnız dörddə biri nisbətən zəngin ərazilərdədir. Ekspertlər qeyd edir ki, kitabxanalara giriş qiymətini azaltmaq bu problemi aradan qaldıra bilər.

Xatırladaq ki, kitabxanaları, çoxmərtəbəli kitab mağazaları və hər il nəşr olunan yüz minlərlə kitabı ilə İngiltərə nəşriyyat sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir.

Seçilən
49
manset.az

1Mənbələr