AZ

4 min nəfərin öldüyü fəlakətə görə – 30 məmur EDAM EDİLDİ

Şimali Koreyada baş verən daşqın və sürüşmə fəlakətində 4000 nəfərin ölümünə görə məsuliyyət daşıyan 30 məmur edam edilib.

Medianews.az xəbər verir ki, edam edilənlər arasında vəzifəsindən azad edilən Əyalət Partiyasının katibi Kang Bong-hoon da var.

Qeyd edək ki, ölkənin şimal-qərb əyaləti bu yaxınlarda minlərlə sakini evsiz qoyan dağıdıcı daşqınlara məruz qalıb, çoxlu sayda ölü və yaralı olub. Şimali Koreya daşqın nəticəsində 4000 nəfərin öldüyünü bildirərkən, Cənubi Koreya mediası ölənlərin sayının 1000 nəfər olduğunu bildirir.

Məlumat üçün bildirək ki, Kim Çen In hakimiyyət orqanlarından fəlakətin qarşısının alınmasında öz öhdəliklərinə laqeyd yanaşan və yolverilməz insan tələfatına səbəb olanları sərt şəkildə cəzalandırmağı istəmişdi.

Medianews.az

4000

Seçilən
55
medianews.az

1Mənbələr