AZ

"Brent" markalı neft antirekordunu YENİLƏDİ

"Brent" markalı neftin qiyməti 2023-cü ilin dekabrın 13-dən bəri ilk dəfə bir barrel üçün 73 dollardan aşağı düşüb.

seher.media-ın məlumatına görə bu barədə ICE birjasının məlumatlarından aydın olub.

Bakı vaxtı ilə saat 11:35-də bu xammalın noyabr füçersləri 1.27 faizdən çox ucuzlaşaraq bir barrel üçün 72.81 dollar təşkil edib.

Bundan əlavə, ticarətdə oktyabr tədarükü ilə WTI füçerslərinin qiyməti də 1.39 faiz ucuzlaşaraq bir barrel üçün 69.36 dollar təşkil edib.

Xatırladaq ki, dünən "Brent" neftinin qiyməti 75 dollardan .

Ekspertlər, xammalın qiymətinin düşməsinin əsas səbəbini Çinin enerji daşıyıcılarına olan tələbatının davamlı zəifləməsi, ABŞ-da resessiya gözləntiləri, həmçinin "OPEK+"-in neft hasilatına məhdudiyyətlərin bir hissəsini ləğv etmək planları ilə izah edirlər.

Seçilən
142
35
seher.media

10Mənbələr