"Netanyahu Qəzzada saxlanılan israilli əsirləri sağ-salamat geri qaytarmayacaq".
Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, İsraildə müxalifətdə olan Milli Birlik Partiyasının lideri Benni Qantz baş nazir Binyamin Netanyahunun Qəzza zolağı ilə Misir arasındakı Filadelfi dəhlizi ilə bağlı iddialarını tənqid edib.
Onun sözlərinə görə, Netanyahu əsir götürülən insanların azad edilməsinə dair razılaşmanın əldə olunması üçün irəliləyiş imkanlarını sistematik şəkildə məhdudlaşdırıb:
"Netanyahu siyasətdə qalmaqla məşğuldur və diqqətini ABŞ ilə strateji münasibətlərə yönəldir. Bu, zərərlidir. Filadelfiya dəhlizi İsrailin varlığına təhlükə yaratmır, biz istədiyimiz vaxt oradan çəkilib qayıda bilərik. Filadelfiya dəhlizinə nəzarət qaçaqmalçılığa qarşı vacibdir".
Qeyd edək ki, Netanyahu açıqlamasında Qəzzanın İsrail üçün böyük təhlükəyə çevrildiyini bildirmişdi.
Gülşən Şərif