AZ

Kursk döyüşləri: Hər iki tərəfin vəziyyəti çətinləşir

“Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumundan sonra Rusiyanın Ukrayna ərazilərindəki hərbi kampaniyasında nisbi səngimələr müşahidə olunsa da, sonrakı dövrlərdə Kreml təşəbbüsü ələ aldı”.

Bu barədə Bakıvaxtı.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna ərazlərində məhdud sayda irəliləyişlərini böyük miqyaslı irəliləyişlərə çevirə bilmək potensialını göstərməklə Ukraynanı bir qədər çətin vəziyyətə salmaqdadır:

“Ukrayna Kursk səhnəsi ilə Moskvanı sülh danışıqlarına cəlb etmək və bununla da ərazi mübadiləsinə nail olmaqla maksimal şəkildə öz maraqlarını təmin etməyə çalışırdı. Lakin görünür ki, Kurskdakı döyüşlər Ukraynanın strateji və taktiki maraqları ilə o qədər də uyğunluq təşkil edə bilmir. Döyüşlərin gedişatı və digər prsoeslər rəsmi Moskvanın təşəbbüsü ələ aldığını göstərməkdədir”.

Şərhçinin fikrincə, Rusiya daxilində də problemlər qalmaqdadır. Müsahibimiz qeyd edib ki, Ukraynanın əks-hücum kampaniyasını Kurska hücumla əvəzləməsi Moskvanı geosiyasi və taktiki baxımdan müşküllü vəziyyətlə üz-üzə qoyur. Buna rəğmən Rusiya qoşularının Ukrayna ərazilərindəki irəliləyişləri davam etməkdədir, məxsusi olaraq, Pakrovsk istiqamətində gedən döyüşlərdə Ukraynanın geri çəkilməsi müşahidə olunur.

A.Kərimov hesab edir ki, Pakrovskun itirilməsi Ukrayna üçün böyük taktiki və strateji məğlubiyyət kimi yadda qalacaq:

“Çünki Pakrovsk dəmir və avtomobil yollarının qovşağıdır. Digər tərəfdən Ukrayna qoşunlarının təchizatı Pakrovskdan həyata keçirilir. Rusiya Pakrovsku tutarsa, bu zaman Ukraynanın təchizat zəncirlərində böyük problemlərin yaranacağı güman edilir. Bu gümanların da tədricən reallaşa biləcəyi ehtimalı güclənməkdədir”.

Aqşin Kərimov: Döyüşlərin gedişatı rəsmi Moskvanın təşəbbüsü ələ aldığını göstərməkdədir

Ekspertin qənaətinə görə, Rusiya ilə Ukraynanın bir-birilərinə qarşı apardığı döyüşlər cəbhə xəttinin uzanması fonunda diqqət çəkir.

“Əvvəllər Rusiya öz ərazilərində müharibə aparmırdırsa, döyüşləri Ukrayna ərazilərinə daşımağı bacarırdısa, artıq cəbhə xətti Rusiyanın içərilərinə doğru irəliləyib. Ona görə də müharibə aparan tərəflərin daha geniş cəbhə boyunca döyüşməsi hər iki tərəf üçün vəziyyəti bir qədər çətinləşdirir. Bununla yanaşı, Rusiyanın irəliləyişləri, onun hərb meydanındakı aviasiya hücumlarını intensivləşdirməsi Ukraynanı olduqca çətin vəziyyət salması Kiyevin planlarını “suya salmış olur””,-deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya ordusu Ukraynanın şərq cəbhəsində təzyiqi azaltmır və Pakrovsk bölgəsində taktiki uğurları inkişaf etdirməyə davam edir. Bu barədə "DeepState" analitikləri məlumat yayıb.

 Ukrayna Baş Qərargahı da məlumatında rusların ən çox Pakrovsk və Kuraxovsk istiqamətlərində aktiv olduğunu, bütün hücumların 1/3-dən çoxunun sözügedən ərazilərə edildiyini bildirib.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
bakivaxti.az

1Mənbələr