"Rusiya, Hindistan, Cənubi Afrika, Braziliya və Türkiyədə yüksələn güclərin mövqeyi eyni olmayacaq".
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bunu Portuqaliya Prezidenti Marcelo Rebelo de Sousa deyib.
Onun sözlərinə görə, ABŞ seçkilərindən sonra kimin qalib gəldiyindən asılı olmayaraq, fərqli bir dünya olacaq:
"Dünyada bir dönüş nöqtəsindəyik. Nə olacağını bilmirik. Bir il yarımdır ki, epidemiya ilə mübarizə aparmaqda və iqtisadi cəhətdən sağalmaqda çətinlik çəkən dünya Çindəki dəyişikliklərdən təsirlənir. Avropa, Afrika, Yaxın Şərq və dünyanın hər yerində sülh üçün mübarizə aparmağa ehtiyac daha böyükdür".
Gülşən Şərif