AZ

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı suallardan yayınır"- Siyasi şərhçi

 "Zəhgəzir dəhlizin açılması Ermənistanın suverenliyinə qarşılıqlılıq və bərabərlik prinsipi əsasında olunmalıdır. Bu sözlərin hər birinin arxasında Ermənistanın mənafeyinə uyğun olan konkret mətləblər var."

Siyasi şərhçi Aydın Quliyev bunu News365.az-a açıqlamasında deyib.

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı suallardan yayınır. Ona görə ki, verdikləri cavab əslində Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsində indiyə qədər ortaya qoyduğu mövqenin təsdiqidir. Onlar deyirlər ki, dəhlizin açılması Ermənistanın suverenliyinə qarşılıqlılıq və bərabərlik prinsipi əsasında olunmalıdır.

Bu sözlərin hər birinin arxasında Ermənistanın mənafeyinə uyğun olan konkret mətləblər var. Düzdür burda beynəlxalq hüquqa uyğun olan mətləblər də var, amma  2020- ci il 10 Noyabrda Ermənistan, Azərbaycan və Rusiya arasındakı imzalanan sənədinin fəlsəfəsinə, konsepsiyasına, maddələrinə zidd olan fikirlərdir.Ermənistan yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılmasında aparıcı qüvvələrdən olan Rusiya Azərbaycan o təkliflə razılaşmaz.

Ermənistan xarici işlər nazirliyinin verdiyi açıqlamada “Biz danışıqlar vaxtı Azərbaycanla bunu razılaşmışıq, yəni Azərbaycan da orda özəl bir şirkətin Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsinə razılıq verib” deməsi mənim üçün çox müəmmalı mövqedir. Mən heç gözləmirəm ki, Azərbaycan onunla razılaşsın. Çünki Azərbaycanın hazırki, şəraitdə masa üstündə olan mövqeyi bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması məsələsi sülh sazişinin mətnində əks olunmasa da, amma onun açılması məsələsinə 10 Noyabr sənədinin 9-cu maddəsi ilə yanaşılsın.”- deyə fikirlərini bildirib. 


Vəfa Vəliyeva,News365.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
news365.az

1Mənbələr