AZ

“Ukrayna Kurskda möhkəmlənməyi planlaşdırır” - Peskov

“Kiyev rejimi öz mahiyyətini ortaya qoyaraq, Kursk sərhəd bölgəsində möhkəmlənməyi planlaşdırır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Life.ru” saytına müsahibəsi zamanı deyib.

“Onlar öz yolu ilə gedirlər, rejim öz mahiyyətini göstərir. Biz isə öz yolumuzla getməli və qarşıya qoyulan vəzifələri yerinə yetirməliyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri ələ keçirdiyi Rusiya ərazilərini əlində saxlamağı planlaşdırır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
62
missiya.az

1Mənbələr