AZ

Rusiyada avtomobil satışı son 10 ilin pik həddinə çatıb

Rusiyada avtomobil satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Xəbərdə bildirilib ki, Rusiyada yerləşən Avropa Müəssisələri Assosiasiyası (AEB) bu ilin 8 ayında avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artdığını açıqlayıb.

Açıqlamada, avqust ayında avtomobil satışlarının keçən ilin eyni dövrünə görə yüzdə 34 artaraq 155 min 277 ədədə çatdığı və bunun son 10 ilin ən yüksək səviyyəsi olduğu qeyd edilib.

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
bakivaxti.az

2Mənbələr