Ermənistanla Rusiya arasında münasibətlər şəffaf və çoxşaxəli xarakter daşıyır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan açıqlayıb.
"Əlbəttə, Ermənistan-Rusiya münasibətlərində çoxlu problemlər var və biz bu məsələləri dəfələrlə qaldırmışıq. Bəli, elə məsələlər var ki, onların üzərində qəti mövqe bildirmişik, elə məsələlər var ki, onların üzərində anlaşma, tərəfdaşlıq münasibətləri var. Düşünmürəm ki, burada dünyaca məşhur hadisələr baş verib, bunun nəticəsində ton və ya ritorika dəyişib.
Elə məsələlər var ki, Ermənistanın Rusiyaya hələ də sualları var və olub, var və ola bilsin ki, bizim tərəfdən kəskin şərhlər olacaq", - deyə deputat qeyd edib.
Komitə sədrinin sözlərinə görə, Ermənistanın sual doğurduğu əsas məsələ Rusiyanın təhlükəsizlik və müdafiə münasibətlərində, o cümlədən KTMT çərçivəsində öhdəliklərini yerinə yetirməməsidir.
Xandanyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya istinadən deyib: "Rusiya Federasiyasında, bəli, təkcə diplomatik etika deyil, ümumən həyat etikası qaydalarını davamlı şəkildə pozan məmurlar var. Ötən dövr ərzində bir sıra ifadələr və şərhlərlə Ermənistana qarşı çox hörmətsizlik olub və onlara cavab verilir".
Ağarza Elçinoğlu