AZ

"Barselona" Lopesin nə vaxt sıraya dönəcəyini açıqladı

"Barselona"nın mətbuat xidməti yarımmüdafiəçi Fermin Lopesin nə vaxt sıraya dönəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İspaniyanın gənclərdən ibarət millisinin üzvü bud əzələləsi zədələndiyi üçün səbəbindən təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

21 yaşlı futbolçu La Liqada “Jirona” və "Vilyarreal", Çempionlar Liqasında isə “Monako” ilə oyunları buraxacaq.

Qeyd edək ki, Lopes Paris-2024-də çempion olan İspaniya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
fanat.az

1Mənbələr