AZ

Ukraynada bu naziri istefaya göndərə bilmədilər

Ukrayna parlamenti Dövlət Əmlak Fondunun rəhbəri Vitali Kovalı istefaya göndərə bilməyib.

Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Tələb olunan minimum 226 səs müqabilində qətnaməni 225 deputat dəstəkləyib. Yəni Kovalın işdən çıxarılması üçün sadəcə bir səs kifayət etmədi.

Onun 2023-cü ilin noyabrından Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik etdiyi məlumdur. Belə ki, bu ilin fevralında rəsmi şəxs Ukrayna hakimiyyətinin sanksiyalar tətbiq edilən 691 Rusiya aktivini satmaq niyyətində olduğunu açıqlayıb.

Seçilən
77
1
publika.az

2Mənbələr