AZ

ABŞ və Fransa Cənubi Qafqazda sabitliyi pozmaq istəyirlər

Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr məhz ABŞ, eləcə də Fransadır. Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi təxribat törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər.

Ermənistan hücum silahları, o cümlədən uzaqmənzilli raket sistemlərinin tədarükü elan edilir.

Və təbii ki, Qərbin ən böyük xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərlərinin İrəvana, sanki öz evlərinə kimi gəlməsi, həm Paşinyan, həm də  Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan tərəfindən qəbul edilməsi.

Bütün bunlar deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib.Bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “troya atı”dırNATO və ABŞ-ın məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və tramplin yaratmaqdır. Xüsusən də ABŞ bu gün Ermənistanı silahla doldurur və bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır.Yalnız bütün Cənubi Qafqaz ölkələrinin birgə səyləri nəticəsində bu mənfi tendensiyaların qarşısını almaq olar.

Üçtərəfli bəyanatda Azərbaycan, Rusiya Federasiyası vəErmənistanda qeyd edilir ki, nəqliyyatın trafikinə və hərəkətinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirməlidir.Qərb ölkələri Ermənistandan taran kimi istifadə edərək Cənubi Qafqazda sabitliyi pozmağa və nəqliyyat layihələrinin, xüsusilə Şimal-Cənub dəhlizinin icrasını pozmağa çalışır.

Seçilən
135
anspress.com

1Mənbələr