Yunanıstan Türkiyə də daxil olmaqla üçüncü ölkə vətəndaşlarına hər 5 ildən bir uzadılan yaşayış icazəsi verən “Qızıl viza” üçün qaydalar dəyişib.
Belə ki, bu viza üçün tələb olunan daşınmaz əmlak alışı üçün baza iki dəfəyədək artırılıb.
"Cebheinfo.az" xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən yeni tətbiq çərçivəsində “Qızıl viza” üçün baza ölkənin bəzi bölgələrində 500 min avrodan 800 min avroya, bəzi bölgələrdə isə 250 min avrodan 400 min avroya qaldırılıb.
“Qızıl viza” üçün yeni müraciətdə daşınmaz əmlakın Afina daxil olmaqla Attika bölgəsində və Salonikinin mərkəzində, habelə Rodos, Santorini, Mykonos və Krit kimi 3 mindən çox turistik adalarda ən azı 800 min Avro dəyərində və 120 kvadrat metrdən böyük alınması tələb olunur.
Yeni təcrübədə üçüncü ölkə vətəndaşlarına da Airbnb vasitəsilə aldıqları daşınmaz əmlakı icarəyə verməsi qadağan edilib. İndiyədək “Qızıl viza” üçün alınacaq daşınmaz əmlakın sayında məhdudiyyət yox idi. Yeni tətbiq ilə yalnız bir daşınmaz əmlak alqı-satqısı tələb olunur. Yunanıstanda daşınmaz əmlak və kirayə qiymətlərinin davamlı artması, kirayə evlərin sayının həddindən artıq azalması səbəbindən “Qızıl viza” üçün bazanın artırılması zəruri hesab edilib.
Qeyd edək ki, son 10 ildə Yunanıstanda “Qızıl viza” üçün daşınmaz əmlak alan Türkiyə vətəndaşlarının sayı 1500-ə yaxındır.