AZ

“Yalnız bu yolla qorunmaq olar” – Tozlu hava hansı xəstəliklərə səbəb olur?

Bir neçə gündür Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyubca yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir. Bu gün səhər saatlarından etibarən ötən günlə müqayisədə tozun miqdarında azalma müşahidə edilsə də, havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraitinin bu gün axşam saatlarından azalacağı gözlənilir.

Maraqlıdır, havada tozun miqdarının normadan artıq olmasının insan sağlamlığına hansı zərərləri var?

Mövzu ilə bağlı KONKRET.az-a danışan infeksionist Mərdan Əliyev deyib ki, havada tozun miqdarının çox olması əsasən tənəffüs yolu xəstəliklərinin yaranmasına səbəb ola bilər:

HAQQIMIZDA

“Bu da bronxit, hətta pnevmaniya (ağciyər iltihabı) kimi xəstəliklərə səbəb ola bilər. Xüsusən xroniki bronxit, ağciyər xəstəliyi olanların xəstəliyini kəskinləşdirə bilər. Yaşlılar və uşaqlarda xəstəlikdən müdafiə reaksiyaları daha zəif olduğuna görə bu, onlar üçün daha təhlükəlidir. Eyni zamanda toz yalnız məişət tozundan ibarət olmur, hava tozunda digər metallar, allergenlər ola bilər. Bu da insan orqanizminə allergik təsir edib bronxit, sinusit, rinit kimi xəstəliklərin baş qaldırmasına gətirib çıxara bilər”.

İnfeksionist havada tozun miqdarının çox olduğunu nəzərə alaraq insanlara evdə qalmağı məsləhət görür:

“Risk qrupuna daxil olan şəxslərin evdə qalmağı mümkün deyilsə, filtirli maskalardan istifadə etsinlər. Onlar yalnız bu yolla qoruna bilərlər”.

Aygün Mirakif,

KONKRET.az

Seçilən
155
konkret.az

1Mənbələr