AZ

Qəzzada bir gündə 40-dan çox fələstinli öldü


Ötən ilin oktyabrından Fələstin anklavında hərbi əməliyyatlar aparan İsrail qüvvələri Qəzza zolağında son 24 saat ərzində 40-dan çox fələstinlini öldürüb, 100-dən çox fələstinlini isə yaralayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 42 nəfər ölüb, 107 nəfər yaralanıb”, - nazirlik bildirib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlarda ölənlərin ümumi sayı 40 861, yaralananların sayı 94 398 nəfərə çatıb.
Seçilən
26
50
yeniavaz.com

10Mənbələr