AZ

Çinin xeyrinə casusluqda ittiham olunan keçmiş Filippin meri həbs edilib

Bakı, TurkicWorld

Çinin xeyrinə casusluqda ittiham olunan keçmiş bələdiyyə sədri Elis Quo İndoneziyada həbs edilib.

TurkicWorld xəbər verir ki, Quo insan alveri ilə məşğul olan şəbəkələrə məxsus onlayn kazinoları qorumaqda ittiham olunur.

Filippinin Bamban şəhərində fəaliyyət göstərən bu şəbəkələr sözügedən kazinolardan çirkli pulların yuyulması üçün istifadə edirlər.

Quo edilən ittihamları rədd edib.

Filippin səlahiyyətliləri İndoneziya ilə əməkdaşlıq edərək Quonun qısa zamanda Filippinə qaytarmağa çalışdıqlarını bildiriblər.

Quo çinli ata və filippinli ananın yanında böyüdüyünü bildirsə də, filippinli deputatlar onu Quo Hua Pinq adlı Çin casusu olmaqda ittiham edirlər.

Quonun bacısı da bu ittihamlarla bağlı həbs edilib və Filippin Senatında dindirilib.

Səlahiyyətli şəxslər, Quonun iyul ayında Malayziya və Sinqapura qaçaraq oradan da İndoneziyaya getdiyini bildiriblər.

Qeyd edək ki, Çindən gələn müştərilərə xidmət göstərən bu kazinolar keçmiş prezident Rodriqo Dutertenin dövründə geniş yayılmışdı. Lakin hazırkı prezident Ferdinand Markos 2022-ci ildən başlayaraq bu cür kazinolara qarşı sərt tədbirlər görür.

Xatırladaq ki, Quonun yoxa çıxmasının ardından Filippin dörd ölkədə axtarışlara başlamışdı.

Seçilən
113
11
turkic.world

10Mənbələr