Yaxın 6-7 il ərzində dünyada mayeləşdirilmiş təbii qaza (LNG) tələbat indiki 400 mln. tondan 600 mln. tona qədər arta bilər.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.
“Bu gün dünya LNG-yə aktiv şəkildə keçid edir, yaxın 6-7 il ərzində LNG-yə tələbat indiki 400-410 mln. tondan 580-600 mln. tona qədər arta bilər”, - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, növbəti 20 il ərzində LNG-yə tələbatın 700 mln. tona qədər artacağını gözləyir.
"Beləliklə, mayeləşdirilmiş təbii qaz ticarət baxımından boru kəməri qazını ötəcək”, - Pavel Sorokin vurğulayıb.