AZ

25 min dollarlıq kiberdələduzluq işində anlaşılmaz QƏRAR – Nazirə müraciət

Vətəndaş Elnur Hüseynlinin kiberdələduzların tələsinə düşməsi, aldatma yolu ilə ondan 25 min manat almaları barədə xəbər vermişdik.

Elnur Hüseynli Musavat.com-a deyib ki, bir müddət əvvəl polis kiberdələduzların izinə düşüb, hətta onlardan birinin kimliyini də müəyyənləşdirə bilib.

Onun sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin İsintaq Şöbəsində aparılan araşdırma məntiqi sonluqla nəticələnməyib:

“Aylarla araşdırma aparıldı, mənim pullarımın köçürüldüyü kartın sahibi müəyyən olunaraq dindirilib. Lakin cinayət işinin başlanması rədd edilib. Mənə bu haqda verdikləri qərarda müstəntiq yazır ki, şəxsin kimliyi bilinir, amma axtarışı uğurla nəticələnməyib”.

Elnur Hüseynlinin redaksiyamıza təqdim etdiyi rədd qərarında yazılır:

“Hüseynli Elnur Elxan oğlu, 11.05.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək, 2023-cü ilin noyabr ayında “Whatsapp” ani mesajlaşma proqramına +62878658743948 saylı xarici nömrədən mesaj gəlmiş, həmin mesajda ED-Shop şirkətindən gündəlik 350-550 manat pul qazanmaq istədiyini soruşmuşlar o, isə razılaşmış həmin şirkətdə qeyd olunan mərhələləri keçmək üçün hissə-hissə olmaqla ümumilikdə 25.184 manat pul göndərmiş, lakin sonradan tanımadığı şəxs tərəfindən aldandığını öyrənmişdir.

Daxil olmuş məlumat 11.05.2024-cü il tarixdə PŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1422 sayla qeydiyyata alınaraq tərəfimdən araşdırma aparılıb.

İzahatı alınmış Hüseynli Elnur Elxan oğlu bildirmişdir ki, 2023-cü ilin noyabr ayında yaşadığı ünvanda olarkən “Whatsapp” ani mesajlaşma proqramına +62878658743948 saylı xarici nömrədən mesaj gəlmiş, həmin mesajda ED-Shop şirkətindən gündəlik 350-550 manat pul qazanmaq istədiyini soruşmuşlar o, isə razılaşmış və “Teleqram” sosial şəbəkəsində həmin şirkətdə qeyd olunan mərhələləri keçmək üçün tanımadığı şəxs ona göndərdiyi “Kapital Bank”-a məxsus 4169 7388 7309 8614 saylı plastik karta 10.11.2023-cü il tarixdə saat 16:16-da 300 manat, 4169 7388 ** 9108 saylı plastik karta 10.11.2023-cü il tarixdə saat 16:29-da 980 manat, 4169 7388 ** 9108 saylı plastik karta 10.11.2023-cü il tarixdə saat 16:43-də 1.000 manat, 4169 7388 7309 8614 saylı plastik karta 10.11.2023-cü il tarixdə saat 17:28-də 700 manat, 4169 7388 7309 8614 sayh plastik karta 10.11.2023-cü il tarixdə saat 17:37-də 700 manat, 4169 7388 7309 8614 saylı plastik karta 10.11.2023-cü il tarixdə saat 17:46-da 700 manat pul vəsaitlərini özünə məxsus “Kapital Bank” tərəfindən rəsmiləşdirilmiş “birbank” 4169 7388 ** 9108 sayh plastik kartı ilə mobil tətbiq vasitəsi ilə göndərmişdir. Bundan sonra özünə məxsus “Beynəlxalq Bank” tərəfindən rəsmiləşdirilmiş “Tam kart” 4127 2044 ** 0473 saylı plastik kartı ilə mobil tətbiq vasitəsi ilə 10.11.2023-cü il tarixdə 1.725 və 1.827 manat pul vəsaitlərini göndərmiş, həmin məbləğləri göndərdikdən sonra mobil tətbiqdə İ В 3314 679 057, İ В 3314 683 646 nömrəli sorğular yazılmışdır. 10.11.2023-cü il tarixdə “Beynəlxalq Bank” tərəfindən rəsmiləşdirilmiş əmək haqqı 5167 5133 4252 4097 sayh plastik kartı ilə mobil tətbiq vasitəsi ilə ümumilikdə 5.126 manat pul göndərmiş, ertəsi gün isə yəni 11.11.2023-cü il tarixdə əmək haqqı kartı ilə 4.422 manat pul göndərmişdir. Qeyd olunan məbləğləri şirkətə məxsus müxtəlif növdə məhsulları almaq üçün ödəmiş, əvəzində isə pul qazanacaqmış, 13.11.2023-cü il tarixdə 070-796-19-64 sayh mobil nömrənin “M-10” hesabına əməliyyatı tamamlamaq üçün 3.600 manat pul göndərmiş və 16.11.2023-cü il tarixdə 077-372-57-03 sayh mobil nömrənin “M 10” hesabına vergi ödəmək üçün 4 103 manat pul göndərmişdir.

Bütün əməliyyatların hamısını yaşadığı ünvanda “Teleqram” sosial şəbəkəsində eləmiş, hal-hazırda “Teleqram” sosial şəbəkəsində olan yazışmalar şirkət tərəfindən silinibdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 25.184 manat maddi ziyan dəymişdir. Etdiyi əməliyyatlar nəticəsində heç bir qazanc əldə etməmiş və sonradan anlamışdır ki, onun etibarından sui-istifadə edib aldadıblar. Bu barədə heç kimə məlumat verməmiş, lakın son vaxtlar borclarını geri qaytara bilmədiyi üçün atası Elxan Hüseynli ilə söhbət etmiş və hər şeyi açıb danışmış, atası isə dərhal onu məcbur etmişdir ki, DİN-nın 102 xidmətinə zəng edib məlumat vermişdir. Hüseynli Elnur Elxan oğlunun etibarından sui-istifadə edib aldatmış şəxs(lərın) şəxsiyyətini müəyyən etmək məqsədilə PŞ-nin aidiyyəti əməkdaşına müvafiq əməliyyat tapşırığı verilmiş, alınmış cavabdan məlum olmuşdur ki, PŞ-nın əməkdaşları tərəfindən bır sıra əməlıyya - axtarış tədbirləri həyata keçirilmiş, lakin, müsbət nəticə əldə etmək mümkün olmayıb.

Aparılmış araşdırma zamanı 4169 7388 ** 8614 saylı plastik kartın sahibinin müəvvən edilməsi üçun tərəfimdən verilmiş vəsatət və rayon prokurorunun təqdimatı əsasında cıxanlm Nizimi rayon məhkəmsinin qərarı icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, daxil olmuş bank məlumatlarından müəyyən edilmişdir ki, həmin kartın sahibi Sahil Cəmil oğlu Məmmədovdur.

İzahatı alınmış Sahil Cəmil oğlu Məmmədov bildirib ki, Buzovna qəsəbəsində yaşayır, ev işlərində fəhlə kimi işləyir. Təxminən 10 il əvvəl Qala qəsəbəsində evldərin birində suvaq işləri görərkən orada digər usta və fəhlə işlərini görən və onunla eyni qəsəbədə yaşayan Zaur və Ramil Balakişiyev qardaşları ilə tanış olmuşdur. Həmin vaxtdan sonra münasibətləri daha da yaxınlaşmış və dostluq münasibətinə çevrilmişdir. Daha sonralar isə biri-birlərinə ailəvi olaraq gedib-gəlmişlər.

2023-cü ilin payız aylarında Ramil Balakişiyev müraciət edərək, internetdə oyun oynadığından pul kartına ehtiyacının olduğunu lakin öz adına olan AВВ kartının limitini doldurduğu üçün istifadə edə bilmədiyini və müvəqqəti istifadə etməkdən ötrü onun kartını istəmişdir. Aralarında olan uzun illərin münasibətinə görə ona inanıb və özünə məxsus olan əvvəl nömrəsi yadında qalmayan ABB kartını daha sonra isə «Kapital bank» tərəfindən verilmiş 4169 7388 ** 8614 saylı kartını Ramilə verib. Həmin vaxtdan sonra Rusiya Ferasiyasmın Moskva şəhərində iş təklifi aldığı üçün ora yola düşüb. Həmin ilin dekabr ayında Rusiyada qalma vaxtı bitdiyi üçün yenidən 7 yanvar 2024-cü il tarixdə Azərbaycana qayıdıb və yenidən 11 yanvar 2024-cü il tarixdə Rusiya Fedrasiyasmın Luqansk şəhərinə gedib. Rusiyada işləri alınmadığından yenidən 29 fevral 2024-cü il tarixdə Azərbaycana qayıdıb. Həmin vaxtdan sonra Bakı şəhərində Nərimanov rayon Polis idarəsinin metronun «Ulduz» stansiyasının yanında olan polis bölməsinə və səhv etmirsə Suraxanı rayon Polis idarəsinə çağırılıb. Orada ona məxsus olan «Kapital bank» tərəfindən verilmiş 4169 7388 ** 8614 saylı kartının kimdə olması, kim tərəfindən istifadə olanması barədə suallar veriblər. O da həmin kartın dostu Ramil Balakişiycvdə olduğunu deyib. Polisdə ona məlum olub ki, kartı vasitəsi ilə bir neçə pul əməliyyatları olub və Ramil kimlərəsə qarşı dələduzluq edib. Hazırda Balakişiyev Ramil Nizami oğlunun harada olması barədə məlumatı yoxdur.

Balakişiyev Ramil Nizami oğlunun izahatının alınmasından ötrü aidiyyəti üzrə tapşırıq verilmiş, lakin müsbət nəticə əldə olunmayıb. Toplanmış materialdan göründüyü kimi, Məmmədov Sahil Cəmil oğluna məxsus “Kapital bank” tərəfindən verilmiş 4169 7388 ** 8614 saylı kartını tanışı Ramil Nizami oğlu Balakişiyev istifadə edərək, yuxarıda qeyd olunan pul əməliyyatlarını edib. Lakin Ramil Nizami oğlu Balakişiyev müəyyən edilərək izahatının alınması mümkün olmadığından material üzrə hüquqi qiymət vermək mümkün deyil. Belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir”.

Elnur Hüseynli bildirib ki, qərarı aldıqdan sonra məyus olub:

“Müstəntiq qərarda mənə qarşı dələduzluğun Ramil Nizami oğlu Balakişiyev tərəfindən həyata keçirildiyini yazır. Lakin Ramil Nizami oğlu Balakişiyevi axtarışa verilməsi əvəzinə cinayət işini davam etdirmir, cinayət işinin başlanılmasını rədd edir. Buna görə də daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edirəm ki, mənə qarşı törədilən kiberdələduzluq işini nəzarətə götürüb tam, hərtərəfli araşdırılmasını təmin olunmasına göstəriş verilsin”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
musavat.com

3Mənbələr