AZ

Ermənistan da BRİKS sammitində iştirak edəcək

Ermənistan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

“Bəli, Ermənistan tərəfi də sammitdə iştirak edəcək”, - o deyib.

Səfəryan sammitdə Ermənistanı konkret kimin təmsil edəcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, sammit oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Qeyd edək ki, BRİKS qrupu üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.

Seçilən
215
49
modern.az

10Mənbələr