AZ

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib -ADLAR

Sentyabrın 4-də Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfərə gəlib.

 

Senzor.az bildirir ki, hörmətli qonağı Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.

 

Qarşılanma mərasimində Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər iştirak ediblər.

 

Esenboğa Hava Limanında Fəxri Zalda qısa söhbətdən sonra liderlər bir avtomobillə Prezident Kompleksinə yollanıblar. Görüşdə Əbdülfəttah əs-Sisi qeyd edib ki, Türkiyə və Misir liderlərinin qarşılıqlı yüksək səviyyəli səfərləri tərəflərin iki ölkə arasında dostluq və əməkdaşlıqda yeni səhifə açmaq istəyini əks etdirir.

 

İkitərəfli danışıqlardan sonra Türkiyə və Misir prezidentləri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

 

Bundan sonra ikitərəfli sazişlərin imzalanması mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

 

Türkiyə Prezidenti adından Misir Prezidentinin şərəfinə rəsmi şam yeməyi veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
senzor.az

1Mənbələr