Bakı, TurkicWorld
Saxta üz tanıma bazası yaratdığına görə Hollandiyanın Clearview AI proqram təminatı şirkəti 30,5 milyon avro cərimələnib.
TurkicWorld xəbər verir ki, bu barədə Hollandiya Məlumatların Mühafizəsi İdarəsi (DPA) açıqlama verib.
Açıqlamaya görə, Clearview AI, dünya miqyasında milyardlarla üz fotoşəklindən ibarət olan "qanunsuz məlumat bazası" yaradıb və bu, Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydasını (GDPR) ciddi şəkildə pozur.
Clearview AI-nin bu bazanı yaradarkən şəxsləri kifayət qədər məlumatlandırmaması əsas səbəblərdən biri kimi göstərilib. DPA, həmçinin Hollandiya şirkətlərini Clearview AI xidmətlərindən istifadə etməmələri barədə xəbərdar edib.
Belə ki, Clearview AI GDPR qayda pozuntularını dayandırmadığı təqdirdə, şirkəti 5,1 milyon avroya qədər əlavə cərimələr də gözləyir.
Qeyd edək ki, DPA prezidenti Aleid Wolfsen, bu üz tanıma texnologiyasının çox müdaxiləedici olduğunu və bu cür texnologiyaların dünya miqyasında asanlıqla tətbiq edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.