AZ

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq



Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.

Vulin eyni zamanda onu da bildirib ki, Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək və Rusiya əleyhinə tədbirlərə qoşulmayacaq.

“Bildiyiniz kimi, Serbiya təkcə strateji tərəfdaş deyil, həm də Rusiyanın müttəfiqidir. Ona görə də Qərbin bizə təzyiqləri çox böyükdür. Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcək. Eyni zamanda öz ərazisindən Rusiyaya qarşı əməliyyatlara imkan verməyəcək”, - deyə Vulin bildirib.

Anar Əliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
newscenter.az

1Mənbələr