AZ

8 min nəfər Banqladeşə qaçıb

Banqladeş müvəqqəti hökumətinin xarici işlər üzrə müşaviri Tohid Hüseyn Myanmadan qaçaraq məcburi köçkün olan Rohinca müsəlmanlarının Banqladeşə pənah gətirdiyini bildirib.

“Dhaka Tribune” qəzetinin məlumatına görə, Xarici Əlaqələr müşaviri Hüseyn mövzu ilə bağlı keçirdiyi mətbuat konfransında Myanmadakı qarşıdurmalardan sonra əyaləti tərk edən təxminən 8 min müsəlmanın Banqladeşə daxil olduğunu bildirib.

Daha çox qaçqına humanitar sığınacaq təmin etmək imkanlarına sahib olmadıqlarını ifadə edən müşavir, Banqladeşdə daha çox Rohinca müsəlmanına ev sahibliyi edə bilməyəcəklərini bildirib.

Hüseyn ölkənin Myanma ilə sərhədinin keçidlərə bağlı olduğunu, lakin sərhədin tam təhlükəsizliyinin çətin olduğunu bildirib.

Myanmada ordu ilə vuruşan silahlı üsyançı qruplardan biri olan Arakan Ordusu ilə Rohinca müsəlmanlarının “geri dönüşünü asanlaşdırmaq” üçün bir əlaqə kanalına ehtiyac olduğunu qeyd edən Hüseyn, həmçinin 2-3 gün ərzində bu məsələ ilə bağlı kabinetdə görüş keçirəcəklərini açıqlayıb.

2012-ci ildə Myanmanın Rakhayn əyalətində buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş vermiş, əksəriyyəti müsəlman olmaqla minlərlə insan həlak olmuş, yüzlərlə ev və iş yeri yandırılmışdı.

2017-ci il avqustun 25-də Rakhayn əyalətində sərhəd postlarına eyni vaxtda hücumları əsas gətirərək, Myanma ordusu və buddist millətçilər kütləvi zorakılıq aktlarına başladılar. BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Rakhine əyalətində zülm və zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mini keçib.

BMT və beynəlxalq insan haqları təşkilatları Rohinca müsəlmanlarına qarşı zorakılığı “etnik təmizləmə” və ya “soyqırım” adlandırırlar.

Seçilən
91
vaxt.az

1Mənbələr