AZ

Rusiyalı siyasətçi 65 yaşında ölüb

Rusiyanın “Yabloko” partiyasının  sədr müavini və partiyanın Moskva şöbəsinin sədri Sergey İvanenko vəfat edib. Siyasətçi 65 yaşında dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə partiyanın mətbuat xidməti çərşənbə günü, sentyabrın 4-də Telegram kanalında məlumat yayıb.

Siyasətçinin ölüm səbəbi açıqlanmayıb. Onunla vidalaşma vaxtı və yeri daha sonra açıqlanacaq.

Sergey İvanenko Dövlət Dumasının ilk üç çağırışının deputatı olub və 80-dən çox qanun layihəsinin həmmüəllifi olub.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
qaziler.az

1Mənbələr