AZ

Müxalifətin gözləntiləri doğrulmadı" - Şəhla Cəlilzadə

"Ölkədə 26 siyasi partiya rəsmi qeydiyatdan keçib. Parlament seçkilərində 25 partiya iştirak etdi, AXCP seçkiləri boykot etmişdi. Seçkilərdə qalib gəldiyi üçün Milli Məclisdə YAP-dan əlavə 10 partiya 13 millət vəkili ilə təmsil olunacaq".

Bu barədə AzNews.az-a siyasi şərhçi Şəhla Cəlilzadə danışıb. O, deyib:

"14 partiyanın namizədləri isə seçilmədi. Ən çox namizədlə çıxış edən və namizədlərinin heç biri seçilməyən müxalifət partiyaları (Müsavat, AğP, Ümid) xüsusilə qeyd edilə bilər, lakin real-virtual müxalifət olan REAL-dan isə 1 nəfər qalib gəldi (ötən dəfə də seçilən Erkin Qədirli). Beləliklə, bu seçkilərlə bağlı müxalifətin gözləntiləri tam olaraq doğrulmadı.

Lakin müsbət bir yenilik odur ki, 2023-cü ildə qəbul edilən “Siyasi partiyalar haqqında” qanuna görə qalib gəlməsə də seçkidə namizədlə iştirak edən partiyalara dövlət tərəfindən maliyyə dəstəyi ayrılacaq. Bu, gələcək seçkilərdə partiyaların iştirakını motivasiya edə, siyasi iştirakçılığın artmasına müsbət təsir göstərə bilər. AXCP-nin isə, dövlətin maliyyə dəstəyinə yəqin ki, “ehtiyacı yoxdur”, çünki xaricdən dəstək alırlar. Odur ki, onların “boykot siyasəti” yəqin ki, gələcək seçkilərdə də davam edəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
aznews.az

1Mənbələr